"Azəri Med" şirkətinə cərimə yazıldı


  • 17 May 2023 13:52

Gömrük Komitəsi "Azəri Med" şirkətinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası mayın 5-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.

Protokol təsdiq olunsa, "Azəri Med" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər