"Bakinşaat Group" məhkəmə qərarını icra etməməkdə günahlandırılır


  • 17 May 2023 15:35

"Bakinşaat Group" MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol tərtib olunarsa, şirkət üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər