Mərkəzi Bank "Arkoz İnşaat Şirkəti" barədə protokol tərtib etdi


  • 17 May 2023 15:43

"Arkoz İnşaat Şirkəti" MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xətai Rayon Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

Protokol tərtib olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər