"Qanun Nəşriyyatı" cərimələndi


  • 17 May 2023 17:25

"Qanun Nəşriyyatı" MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Protokol tərtib olunarsa, şirkət min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər