"Union Kredit" ASC Bank Olmayan Kredit Təşkilatı (BOKT) statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.
E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Union Kredit" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Union Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv olunub.
Şəbnəm Mehdizadə
