Məzmuna keç

Lənkəranda dayısını öldürməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Ramin Təhməzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Lənkəran rayonu, Mamusda kəndində qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. R.Təhməzova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə