Dövlət Gömrük Komitəsi "Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Yevlax Rayon Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Mingəçevir Tekstil" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
