Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bayraməli Nəsirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Ceyhun Quliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin olunub.
Qeyd edək ki, hadisə martın 23-də baş verib. 68 yaşlı Bayraməli Nəsirov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə velosipedlə hərəkətdə olan 55 yaşlı Zaid Ağayevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümükün olmayıb. Bayraməli Nəsirova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
