Məzmuna keç

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” məhkəməyə verildi

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ASC-ya qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə