Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xanlar Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İsfəndiyar Nağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Şahbuz rayonunun Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb. X.Heydərova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
