Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Pənah Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlikm məlum deyil.
Qeyd edək ki, hadisə Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında (“Vosmoy”) baş verib. Belə ki, 31 yaşlı Aytəkin Şükürova bazarda alış-veriş edərkən əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov ona bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya çatdırılsa, da onun həyatını xilas etmək mümkün olmayıb. P.Şükürova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
