Qubada 21 min manatlıq metal oğurlamaqda təqsirləndirilən Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
İş hakim Aydın Babayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qey edək ki, rayonun Ağbil kəndində köhnə sənaye obyektindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar. Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 manata yaxın ziyan vurublar. Hər 3 şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
