Məzmuna keç

Naxçıvanda restorandan oğurluq edən şəxslər hakim qarşısına çıxarılır

Naxçıvanda oğurluq etməkdə təqsirləndirilən Təbriz Əliyev, Qabil Musayev və İbrahim Sadiqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilib.

Hakim Zamiq Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Babək rayonunda qeydə alınıb. Babək rayon Polis İdarəsinə rayon ərazidəki restoranların birindən oğurluq olması barədə məlumat daxil olub. Aparılan tədbirlər nəticəsində oğurluğu törədən Təbriz Əliyev və Qabil Musayev müəyyən edilərək saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə