Məzmuna keç

Gəncə dəmir yolu vağzalından oğurluq edən qadının məhkəməsi başlayır

Gəncə dəmir yolu vağzalı ərazisindən oğurluq etməkdə ittiham olunan Gülşad Ağasiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Elxan Əlizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-2-ci (oğurluq, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə