Mərkəzi Bank "Ximekspress-2000" Firmasını cərimələyib.
E-huquq.az-ın məlumatına görə, tikinti şirkəti barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Ximekspress-2000" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin olunub.
Şəbnəm Mehdizadə
