"Atef" şirkətlər qrupu gömrük qaydaları əleyhinə inzibati xəta törətdiyinə görə cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Atef" şirkətlər qrupu üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
