Bakıda bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Y.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
