"CTC Holdinq" barədə inzibati protokol tərtib olundu


  • 25 May 19:14

"CTC Holdinq"ə statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, holdinq barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "CTC Holdinq" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər