Bakıda tekstil şirkəti cərimələndi


  • 26 May 2023 11:21

"Çin Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol tərtib olunarsa, "Çin Tekstil" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasınınn vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər