- 18:15
Məhkəmə-Hüquq Şurasının sədri yalnız Şuranın hakim üzvləri sırasından seçiləcək.
E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.