Bakıda müəllimi maşınla vurub öldürməkdə ittiham olunan sürücü hakim qarşısına çıxarılır


  • 26 May 2023 16:29

Bakıda piyadanın ölümündə təqsirləndirilən Fərid Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə fevraın 17-də Səbail rayonu ərazisində - Bayraq meydanının qarşısında baş verib. Belə ki, 246 saylı tam orta məktəbin müəllimi 1964-cü il təvəllüdlü Elza Kərimova səhər saat 07 radələrində işə getmək məqsədi ilə yolu keçərək əks tərəfdəki avtobus dayanacağına getmək istəyib. Bu zaman Fərid Abbasovun idarə etdiyi KIA markalı avtomobil onu vurub. 59 yaşlı E.Kərimova hadisə yerində vəfat edib. Fərid Abbasova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər