"Azərnəqliyyatinşaat" 5 min manatadək cərimələnə bilər


  • 26 May 2023 17:03

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə "Azərnəqliyyatinşaat" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elçin Ağayevin icraatına verilib.

Protokol təsdiq olunsa, "Azərnəqliyyatinşaat" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclası iyunun 7-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər