Oğurluqda təqsirləndirilən həmkəndlilərin məhkəməsi başlayır


  • 28 Sentyabr 17:52

Ağdaş rayonunda oğurluq etməkdə təqsirləndirilən Cəbrayıl Səfərov və Asim Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanna cinayət işi materialları baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilib.

Hakim Cavid Sultanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Cəbrayıl Səfərov və Asim Şirinov Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 rəst atı ayrı-ayrı vaxtlarda oğurlamaqda təqsirləndirilirlər. Onlar oğurladıqları atları sataraq əldə etdikləri pulu isə öz aralarında bölüblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər