Sumqayıtda mağazadan mobil telefon oğurlamaqda təqsirləndirilən Bəhrəm Binyətovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhrəm Binyətov "Kontakt Home" və "İrşad Electronics" mağazalarından oğurluq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
