- 7 Avqust 21:44
Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov hakimliyə namizədlərlə görüşüb.
E-huquq.az xəbər verir ki, məhkəmə sədri imtahanlarda uğur qazandıqlarına görə onları təbrik edib və növbəti mərhələlərdə onlara uğurlar arzuladığını bildirib.
Qeyd edək ki, yazılı və şifahi imtahanlardan uğurla keçmiş hakimliyə namizədlər 15.01.2024-19.01.2024-cü il tarixlərdə Bakı Kommersiya Məhkəməsində olublar.
Bu müddət ərzində namizədlər məhkəmənin fəaliyyəti ilə yaxından tanış olub, məhkəmə iclaslarında iştirak edib və kommersiya mübahisələrinin xüsusiyyətlərini öyrəniblər.
Şəbnəm Mehdizadə