"Azər-Türk Bank" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü( İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Protokol hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, “Azər-Türk Bank” iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
