"Lənkəran Residence" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Nicat Ağabəyovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Lənkəran Residence" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
