Məzmuna keç

Femida könüllüləri 21 məhkəmədə fəaliyyət göstərəcəklər

Femida könüllüsü olmaq istəyən gənclər artıq 21 müxtəlif instansiya məhkəmələri arasından seçim edə biləcəklər.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a məlumat verilib. Belə ki, 2023-cü ilin sentyabrından 10 məhkəmədə fəaliyyət göstərən könüllü qrupları fevraldan etibarən aşağıda adları qeyd olunan 21 məhkəməni və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını əhatə edəcək:

1. Azərbaycan Respublikasının Ali Məhkəməsi;

2. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası;

3. Bakı Apellyasiya Məhkəməsi;

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi;

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi;

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi;

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi;

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi;

10. Bakı Ağır Cinayətlər Məhkəməsi;

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsi;

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsi;

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsi;

14. Bakı Kommersiya Məhkəməsi;

15. Bakı İnzibati Məhkəməsi;

16. Bakı Hərbi Məhkəməsi;

17. Abşeron Rayon Məhkəməsi;

18. Sumqayıt Apellyasiya Məhkəməsi;

19. Sumqayıt Şəhər Məhkəməsi;

20. Sumqayıt Kommersiya Məhkəməsi;

21. Sumqayıt İnzibati Məhkəməsi;

22. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi.

Qeyd edək ki, 2023-cü ilin sentyabr-dekabr aylarında müxtəlif qruplar üzrə ümumilikdə 134 nəfər hüquq təhsili alan gənc könüllük proqramından məzun olub.

Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.themis.az saytına keçid edə bilərsiniz.