Məzmuna keç

Kəngərli Rayon Mərkəzi Xəstəxanası cərimələnə bilər

"Kəngərli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barəsində (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Zülfüqar Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxış iclası fevralın 5-nə təyin olunub.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə