Məzmuna keç

Həmkəndlisinin ölümündə təqsirləndirilən sürücüyə 3 il 6 ay cəza verildi

Biləsuvar Rayon Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ziyafəddin Fətullayevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, hökm hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Z.Fətullayev 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin 15 avqust tarixində rayonun Çaylı kəndində baş verib. 1984-cü il təvəllüdlü Ziyafəddin Fətullayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə hərəkətdə olarkən həmkəndlisi 1968-ci il təvəllüdlü Sələmə Sultanovanı vurub. Qadın hadisə yerində ölüb.

Şəbnəm Mehdizadə