Ağdaş mağazadan tütün məmulatları oğurlamaqda təqsirləndirlən Samir Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Ağdaş Rayon Məhkəməsində hakim Aygün Mürsəlovanın sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası yanvarın 31-də keçiriləcək.
Qeyd edək ki, Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatları oğurlamaqda təqsirləndirilir. Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib. Samir Babayevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
