Məzmuna keç

“Buta Farm” 5 min manatadək cərimə edilə bilər

"Buta Farm" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Emin Abdullayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Buta Farm" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə