Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Haqverdi Sarıyevin cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən avtomobil yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində baş verib. Sürücü Yusubov Ruslan Elçin oğlunun idarə etdiyi “Priora” markalı avtomaşınla digər sürücü Sarıyev Haqverdi Mehman oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın toqquşub. Nəticədə “Hyundai Sonata” markalı avtomaşında sərnişin olan Abdullayev Zaur Abdulla oğlu ölüb. H.Sarıyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
