- 2 May 21:46
Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xalid Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.
Hakim Babək Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazlrıq iclası fevralın 1-nə təyin olunub.
Qeyd edək ki, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanovdan şəxsi axtarış zamanı qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirilib, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə