Suraxanı Rayon Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada təqsirləndirilən Elnur Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Emin Zeynalov məlumat verib.
Onun sözlərinə görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Bayramovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, E.Bayramov 2022-ci ilin dekabr ayında saxlanlıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
