Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elşən Mehdizadənin cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 30-a təyin olunub.
Qeyd edək ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. Elşən Mehdizadə idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən Polad Əliyevi vuraraq öldürüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
