Məzmuna keç

Ağdaşda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağdaşda oğurluq etməkdə təqsirləndirilən Abid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, cinayət işinə Ağdaş Rayon Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abid Məmmədov Ağdaşın Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvan oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə