Məzmuna keç

Ötən il Ali Məhkəmənin Mülki kollegiyasında baxılan işlərdə azalma olub

Ötən il Ali Məhkəmənin Mülki kollegiyasında baxılan işlərdə 22,4 faiz azalma olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2023-cü ilin yekunlarına dair iclasında Mülki kollegiyanın sədri Sənan Hacıyev məlumat verib.

Bildirib ki, 2023-cü il ərzində Mülki kollegiyanın kassasiya icraatında olan 5597 işdən 5246-sı mülki iş, 345-i xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub.

Onun sözlərinə görə, 2023-cü ildə icraat olmuş 5246 mülki işdən 4024 işə mahiyyəti üzrə baxılıb, həmin işlərdən 3080 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 889 iş üzrə məhkəmə aktı ləğv edilib, 15 iş üzrə kassasiya icraatına xitam verilib, 40 iş üzrə məhkəmə aktı dəyişdirilib.