Məzmuna keç

Göygöldə qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Göygöldə qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Bəhruz Verdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

Hakim Qələmdar Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilir. Polis tərəfindən cinayət başında yaxalanan Bəhruz Verdiyev törətdiyi cinayət əməlini etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə