"Sumqayıt Tibb Mərkəzi" cərimə oluna bilər


  • 19 Fevral 19:21

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Rövşən Xəlilovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə "Sumqayıt Tibb Mərkəzi" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər