İstanbulda İŞİD-ə qarşı əməliyyat zamanı 7 nəfər saxlanılıb


  • 19 Fevral 19:21

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, polis terror təşkilatına maliyyə yardımı etdiyi müəyyən edilən 8 şübhəli ilə bağlı araşdırma aparıb.

İstanbulun 9 rayonunda müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 7 şübhəlini saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı xeyli sayda rəqəmsal material ələ keçirilib.

Digər 1 şübhəlinin tutulması üçün axtarış işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər