"Siyəzən-Broyler" 10 min manatadək cərimələnə bilər


  • 9 Aprel 18:23

"Siyəzən-Broyler" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci(müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddəsi ilə inzibati protocol tərtib olunub.

Protokola Siyəzən Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Siyəzən-Broyler" yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası aprelin 22-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər