Məhkəmə bank kartından oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 15 Aprel 16:48

Abşeronda bank kartından oğurluq etməkdə təqsirləndirilən Şamil Qaradağlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ağdam rayon sakini Şamil Qaradağlı Saray qəsəbə sakininin bank kartından hesabındakı 3516 manat pulunun oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər