Cənub Mənzil-Tikinti Kooperativi cərimələnə bilər


  • 15 Aprel 16:54

Cənub Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Pənahovun icraatına verilib.

Protokol təsdiq olunarsa, MTK on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər