"Atef Şirkətlər Qrupu" barəsində inzibati protokol tərtib olundu


  • 15 Aprel 17:01

"Atef Şirkətlər Qrupu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Suraxanı Rayon Məhkəməsində hakim Pərviz Muradovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Atef Şirkətlər Qrupu" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər