"Azərsu"ya cərimə yazıldı


  • 15 Aprel 17:08

"Azərsu" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Protokol təsdiq olunarsa, "Azərsu" on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər