Bakıda adam öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 15 Aprel 17:44

Bakıda adam öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Kamran Muxtarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu paytaxtın Nəsimi rayonu ərazisində şəxsi münasibətlər zəminində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər