Bakı-Sumqayıt yolunda 2 nəfərin öldüyü ağır qəza ilə bağlı məhkəmə başlayır


  • 15 Aprel 17:47

Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Həsənlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, Natiq Həsənlinin idarə etdiyi "Ford Tranzit" markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan ikisi - 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı və 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızı dünyasını dəyişib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər