Şahbuz Rayon Mərkəzi Xəstəxanasına cərimə yazılıb


  • 16 Aprel 14:22

Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, xəstəxana barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi göndərilib.

İş hakim Daşqın Səfərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin baxış iclası aprelin 30-na təyin olunub.

Protokol təsdiq olunsa, Şahbuz Rayon Mərkəzi Xəstəxanası üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər