"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialına cərimə protokolu yazılıb


  • 16 Aprel 14:45

"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol Sabunçu Rayon Məhkəməsinə göndərilib və hakim Elnurə Rəcəbovanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə, "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər